Modern.az

Abdulla Gül ABŞ Konqresi Nümayəndələr Paltasının qərarını pislədii

Abdulla Gül ABŞ Konqresi Nümayəndələr Paltasının qərarını pislədii

5 Mart 2010, 06:45

Türkiyə prezidenti Abdullah Gül ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib. O, deyib ki, qərarı məqbul hesab etmir və təəssüflə qarşılayır: “Bu səsvermənin hər sahədə səbəb ola biləcəyi mənfi nəticələrə görə məsuliyyəti Türkiyə daşımayacaq”. Prezidentin sözlərinə görə, qərar Türkiyə-Ermənistan münasibətlərini daha da pisləşdirəcək.
Abdullah Gül hesab edir ki, qərar Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, xalqlar arasında daimi dostluq münasibətlərinin qurulması istiqamətində göstərilən səylərə zərər verəcək: “Siyasi maraqlar güdülməklə qəbul edilən qərarı tarixə və tarix elminə qarşı haqsızlıq kimi qiymətləndirirəm”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər