Modern.az

Əkrəm Əylisli “Daş yuxular”ın Azərbaycancaya tərcümə olunmasına münasibət bildirdi

Əkrəm Əylisli “Daş yuxular”ın Azərbaycancaya tərcümə olunmasına münasibət bildirdi

Ədəbi̇yyat

25 Fevral 2013, 12:33

“Mən artıq belə şeylərə görə açıqlama vermirəm. İndi bir balaca özümə gəlib, nəfəs alıram, kim nə istəyir eləsin”. Bu fikriləri Modern.az saytına “Daş yuxular” romanı ilə ölkədə böyük tənqidlərə məruz qalan yazıçı Əkrəm Əylisli qalmaqallı əsərin Azərbaycan dilinə tərcümə edilərək saytlarda yayımlanmasına münasibət bildirərkən deyib.  Yazıçı onun icazəsi olmadan əsərinin tərcümə edilməsi haqda danışmaq istəməyib.                                                                                                                                                           

“Mən bir dəfə bildirmişdim ki, mətbuata heç bir açıqlama verməyəcəm. Çünki açıqlama verirsən, sənin dediklərini elə formaya salırlar ki? İndi kim nə edib, edib də... Artıq əhəmiyyət vermirəm. Bu arada bir balaca özümə gəlib, nəfəs almaq istəyirəm. Buna görə də mətbuata qapanmışam. Mənə ancaq bir az nəfəs almaq lazımdır”-deyə Ə.Əylisli bildirib.

Qeyd edək ki,  Əkrəm Əylislinin cəmiyyətdə qalmqal doğuran ““Daş yuxular” romanı strategiya.az saytı tərəfindən tam şəkildə tərcümə edərək oxuculara təqdim edilib.

Anar RÜSTƏMOV    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir