Modern.az

Oqtay Əsədov: “İnanıram ki, Amerika dövləti bir ovuc lobbinin hesabına öz müttəfiqini itirmək istəməz”

Oqtay Əsədov: “İnanıram ki, Amerika dövləti bir ovuc lobbinin hesabına öz müttəfiqini itirmək istəməz”

5 Mart 2010, 12:54

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov  əvvəlcə qadın deputataları 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı təbrik edib. Daha sonra cari məsələlərə münasibət bildirilib. Əsas diqqət mərkəzində isə ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qərarın qəbulu məsələsi olub.   Milli Məclisin Sədri O.Əsədov deyib ki, Obama ABŞ prezidenti seçiləndən sonra erməni lobbisinin qarşısındakı çıxışında  “genosid” sözünü işlətmədi. “Amma elə  həmin gün də ABŞ Konqresinin bir qrup deputatı Obamaya açıq məktub yazdılar ki, “ermənilərə verdiyiniz sözü tutmasanız, gələn seçkilərdə məğlub olacaqsınız”. Gülünc məsələdir, o boyda Amerika dövlətinin syasətini yönəldən bir erməni lobbisidirmi? Buna inanmaq istəmirəm”. O.Əsədovun sözlərinə görə, o, inanır ki, Amerika dövlətinin, prezidentinin, xalqının müdrikliyi onda olacaq ki, Konqresdə qondarma “erməni soyqırımı” ilə bağlı qərarın qəbulunun qarşısı alınacaq. “O ki qaldı konqresmenlərə, biz onlarla işlərimizi yüksək səviyyədə qurmalıyıq. Buna görə də həm Türkiyə, həm də Azərbaycan parlamentariləri Amerikaya gedib məsələnin məğzini izah etməlidirlər”. Spiker ən böyük erməni lobbisi olan ölkələr sırasında Amerika, Fransa və Rusiyanın adını çəkdi. Onun sözlərinə görə, bu lobbi ABŞ Konqresin məcbur edə bilirsəı, onda Azərbaycanın Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupuna inamı nə dərəcədə olmalıdır? “Bunun üzərində işləmək və çalışmaq lazımdır. Azərbaycan bu məsələlərdə Türkiyəyə qarşı qəbul ediləsək qeyri-obyektiv qərarla razılaşmayacaq. Bir az da tələsmək lazım deyil. İnanıram ki, Amerika dövləti bir ovuc lobbinin hesabına öz müttəfiqini itirmək istəməz”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi