Modern.az

QHT Alyansı “28 Mall”da Xocalı aksiyası keçirdi - FOTOLAR

QHT Alyansı “28 Mall”da Xocalı aksiyası keçirdi - FOTOLAR

26 Fevral 2013, 17:39

QHT Əməkdaşlıq Alyansı Xocalı qətliamının 21-ci ildönümü ilə bağlı yerli və beynəlxalq kampaniya çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 26 fevral tarixində “28 Mall” ticarət mərkəzində təqdimat və açılış mərasimi keçirib.

Qeyd edək ki, Alyans 25 fevral tarixində analoji tədbiri “Park-Bulvar” ticarət mərkəzində keçirib.  

Mərasimi giriş sözü ilə “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, QHT Əməkdaşlıq Alyansının İH-nin üzvü Razi Nurullayev açıb. O deyib ki, “Xocalı kampaniyası çərçivəsində hələ keçən ildən başlanan kampaniya davam etməkdədir və bu il də həmin kampaniyaya innovativ ideyalar və fəaliyyətlər daxil edilib. Bunun nəticəsində, kampaniya nəticəsində keçən il internet üzərindən 100 min insana ismarıclarımızı çatdıra bilmişdiksə, bu il bu rəqəm iki dəfə artacaq və bu artım, daha çox xarici vətəndaşları da əhatə edəcək. Həmçinin hazırlanan videolar Xocalı soyqırımının tanınmasında əvəzsiz rol oynayacaq”.  

QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov qeyd edib ki, “kampaniya çərçivəsində hazırlanan materiallar və video-çarxlar həm innovativdir, həm də konkret məqsədlərə qulluq edir. Bu kampaniyanın daha effektivdir və konkret nəticələr verəcək. Kampaniya çərçivəsində azərbaycan və ingilis dillərində hazırlanan video-çarxlar nəinki burada monitorlarda göstərilir, həm də internet üzərindən on minlərlə yayılmaqdadır. Fəxrlə deyə bilərik ki, Azərbaycanda vətəndaş cəmiyyəti ayaqdadır və gün-gündən daha da inkişaf etməkdədir. Buna görə də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına xüsusi təşəkkürümü bildirmək istəyirəm”.    

Alyansın digər həmsədri Rəfail Becanov “kampaniyanın özündə yenilikləri əks etdirdiyini bildirib. Onun sözlərinə görə video-çarxlarda ağlaşma və qan səhnələri yoxdur. Bir çox insanlar qan və ağlaşmaya görə səhnələri izləyə bilmirlər. Alyans isə insanların hisslərinə və məntiqinə yönəlik kadr hazırlayıb və bu fərqlilik müsbət nəticələrə gətirib çıxara bilər. O, əminliyini bildirdi ki, Alyansın bu fəaliyyəti müsbət nəticələr verəcək və kampaniya nəticəsində əldə edilən uğurlar hər bir Azərbaycan vətəndaşının və Xocalıların ürəyinə təskinlik gətirəcəkdir”.  

“Yeni Həyat” Humanitar Sosial Dayaq İB-nin sədri, QHT Əməkdaşlıq Alyansının xarici əlaqələr üzrə katibi Nailə İsmayılova, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri, QHT Əməkdaşlıq Alyansının ictimaiyyətlə əlaqələr üzrə katibi Mahirə Əmirhüseynova, digər QHT rəhbərləri, millər vəkilləri və iştirakçılar da qeyd ediblər ki, kampaniyanın tərkib elementləri çox zəngindir və bu kampaniya digər dövlətlər tərəfindən Xocalı soyqırımının tanınmasına da ciddi stimul verəcək, ölkədə olan xarici vətəndaşlara və beynəlxalq təşkilatlara məlumatlar çatdıracaq, sosial şəbəkələr üzərindən dünyanın bütün nöqtələrinə nüfuz edə biləcək.  






Modern.az          
   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir