Modern.az

Gənclərin “Xocalı Həftəsi” başa çatdı

Gənclərin “Xocalı Həftəsi” başa çatdı

26 Fevral 2013, 18:21

Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Gənclər üçün Təhsil Mərkəzinin yerli və xarici təhsil ocaqlarında başladığı “Xocalı Həftəsi” bu gün başa çatıb.

Ermənilər tərəfindən törədilən faciə haqqında həqiqətlərin və faktların dünya ictimaiyyətinə, o cümlədən ölkəmizdə yetişməkdə olan gənc nəslə düzgün çatdırılması məqsədi həyata keçirilmiş həftəlik bir sıra Avropa təhsil ocaqlarında və ölkəmizin bir sıra orta məktəblərində reallaşıb.  

Həftəlik çərçivəsində Litva, Estoniya, Almaniya, Türkiyə, Rusiya və Fransadakı bir neçə ali məktəbdə, həmçinin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Hacıqabul, Ağcabədi və Füzulidə yerləşən bir sıra orta məktəbdə maarifləndirici görüşlər keçirilmiş, filmlər nümayiş etdirilib və faciəyə həsr olunmuş nəşrlər paylanılıb. Bunlarla yanaşı məktəblilərin faciə ilə bağlı hazırladıqları səhnəciklər də ictimaiyyətə təqdim olunub.

Mərkəzin Gəncə, Mingəçevir və Ağcabədi regional ofislərinin fəalları isə elektron poçtlar vasitəsilə dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına və siyasətçilərinə Xocalı faciəsinə hüquqi qiymətin verilməsi ilə bağlı çağırışlar göndərilib.

Tədbirlərdə və müraciətlərdə qeyd olunmuşdur ki, ermənilər tərəfindən törədilən Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Faciə nəticəsində bir gecədə dinc əhalidən adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyulub. 150 nəfər itkin düşüb, 1275 dinc sakin əsir alınıb. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 24 uşaq hər iki valideynini itirib, 487 nəfər isə yaralanıb.



 

  Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı