Modern.az

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycan nümayəndə heyətini qəbul edib - FOTO

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycan nümayəndə heyətini qəbul edib - FOTO

27 Fevral 2013, 10:35

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək, Xocalı Soyqırımının 21-ci ildönümü münasibətilə Ankarada təşkil olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Türkiyəyə səfər edən Azərbaycan nümayəndə heyətini qəbul edib. Qəbulda iştirak edən Azərbaycandan gələn nümayəndə heyətinin tərkibində AR Prezidenti Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, AR MM-nin üzvləri Qənirə Paşayeva, Musa Qasımlı, Yaqub Mahmudov, AMEA-dan Rəna Mirzəzadə və Cəbi Bəhramov olublar. Bu barədə Modern.az-a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

TBMM sədri Cəmil Çiçək Xocalı soyqırımının 21-ci ildönümü günündə şəhidlərimizlə bağlı öz hisslərini bölüşüb. O, Ermənistanın işğalıçı siyasətindən, 21-ci əsrdə modern dünyanın gözləri önündə soyqırımı törətməkdən çəkinməməsindən, bu ağrını və acını Türkiyənin 21 ildir dərindən hiss etməsindən, dünyanın aparıcı dövlətlərinin Azərbaycanın məruz qaldığı haqsızlıqlara qarşı ikili standartla yanaşmasından və problemlərimizin həlli üçün Türk Dünyasının birgə hərəkət etməsinin vacibliyindən söz açıb. Cəmil Çiçək qeyd edib ki, Türkiyə tərəfi beynəlxalq toplantılar və platformlarda hər zaman iki əsas mövzunu gündəmə gətirməkdədir. 1- Azərbaycanın ərazi bütövlüyü 2- Kipr problemi

AR Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov öz növbəsində TBMM sədrinə öz dərin minnətdarlığını bildirib, göstərilən dəstəyə görə təşəkkür edib. Əli Həsənov qeyd edib ki, gün gələcək Türkiyə başda olmaqla Xocalı Soyqırımını bütün dünya dövlətləri tanıyacaq, qaçqın və məcburi köçkünlər öz yurd yuvalarına qayıdacaq.






Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?