Modern.az

Kiprdə Xocalını tanıtım aksiyası keçirilib – FOTOLAR

Kiprdə Xocalını tanıtım aksiyası keçirilib – FOTOLAR

27 Fevral 2013, 10:38

Şimali Kiprin Yakın Doğu Universitetində Xocalı soyqırımının 21-ci ildönümü münasibəti ilə tanıtım aksiyası keçirilib. Modern.az-ın məlumatına görə, Xocalıya Ədalət”şüarı ilə başlanan tanıtım kampaniyası YDU Azərbaycanlı Tələbələr Birliyi və KKTC Azərbaycan Kültür Mərkəzinin dəstəyilə gerçəkləşib. Universitetin  kitabxanasında hazırlanan fotosərgi və ora gələn tələbələri məlumatlandırmaq üçün universitetin bütün bölüm və ofislərinə paylanılan broşurlar böyük marağa səbəb olub. Xarici tələbələr Xocalı soyqrımı haqqında fikir bildirərək erməniləri lənətləyiblər. Birliyin adından çıxış edən Rizvan Allahverdiyev bugün dünyanın çox ölkəsində bu soyqırımının tanındığını, bu tədbirləri keçirməkdə məqsədilərinin Xocalı soyqrımını , ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin dünyada tanınmasına kömək etdiklərini bildirib. 

Bu il fevralın 23-dən başlayaraq həm Şimali Kiprin paytaxtı Lefkoşada yürüş keçirilib, həm də universitet daxilində tədbirlər keçirilib. Amma Tələbələr Birliyi Xocalı günləri kimi 28 fevral da daxil olmaqla hazırlanan tədbirləri davam etdirəcək, son tədbirdəXoca filmi göstəriləcəkdir.

 

 

Toğrul Salehli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir