Modern.az

Deputat Milli Məclisdə evləri sökülən vətəndaşları müdafiə etdi

Deputat Milli Məclisdə evləri sökülən vətəndaşları müdafiə etdi

Parlament

5 Mart 2010, 13:15

Modern.az xəbər verir ki, martın 5-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

İ

clasın gündəliyinə 13 məsələ salınıb.

İclasda insan hüquqları üzrə müvəkklin seçilməsi, bir neçə ölkə ilə Azərbaycan arasında imzalanmış müqavilələrin ratfikasiya edilməsi məsələlərinə baxılacaq.

Deputat İqbal Ağazadə ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qərarın qəbuluna münasibət bildirib: “Konqresin qondarma “erməni soqırımı” aktı ilə bağlı təəssüfümü bildirirəm. Bu addım regionda baş verən hadisələrə, Türkiyənin bölgədəki roluna açıq zərbə vuracaq. XX əsrin sonlarında törədilən Xocalı soyqırımına belə yanaşma olmayıb”.

İ.Ağazadə qətlindən 5 il keçən jurnalist Elmar Hüseynovun qatillərinin hələ də tapılmamasını da pisləyib. Deputat Bakıda Füzuli küçəsi boyunca, “Qış bağı”nın salınacağı ərazidə evlərin sökülməsi ilə bağlı yaranmış vətəndaş narazılıqlarına da diqqət çəkib. O, bildirib ki, qanunla vətəndaşın mülkünin dəyərlənrdrilməsi bə ya ona təklif olunan qiymət qane etmirsə, onun mülki sökülməməlidir. “Əgər burada mülkiyyət varsa, vətəndaş onu istədiyi qiymətə sata bilər. Parkın salınması dövlət ehtiyacı deyil. Vətəndaş öz mülkünü neçəyə təklif edirsə, ya həmin struktur onu almalıdır, ya da ondan vaz keçməlidir. Təəssüf ki, standart qiymət müəyyən ediblər: 1500 manat. Evləri traktorun və buldozerin qabağına verib sökürlər”.

  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!