Modern.az

“Muğanbank” müştəriləri üçün yenilənmiş MobilBank xidməti təqdim edir ®

“Muğanbank” müştəriləri üçün yenilənmiş MobilBank xidməti təqdim edir ®

Aktual

27 Fevral 2013, 11:21


“Muğanbank” ASC müştəriləri üçün yenilənmiş MobilBank xidmətini təqdim edir. Yəni müştərilər artıq mobil telefon vasitəsilə, banka müraciət etmədən kart hesablarını idarə edə bilərlər.

Müştərilər mobil telefon vasitəsi ilə hesabında olan pulun kartdan karta köçürülməsi, kartın bloklanması, hesabdan çıxarışın alınması, kartın balansı haqqında informasiyanın əldə edilməsi kimi xidmətlərdən istifadə edə bilərlər.

Həmçinin, MobilBank xidməti vasitəsilə kommunal, mobil operator, internet provayder xidmətlərinin ödənişini həyata keçirmək mümkündür.

Müvafiq sistemin üstünlüyü əməliyyatların həyata keçirilməsi üçün zaman və makan asılılığının olmaması, habelə istənilən mobil operator nömrəsindən qoşulma imkanıdır.

Mobil telefon vasitəsilə ötürülən məlumatların şifrələnməsi xidmətin təhlükəsizliyini təmin edir.

MobilBank xidməti ilə bağlı ətraflı məlumatı “Muğanbank” ASC-nin rəsmi saytından (//www.muganbank.az/az/goto/159) əldə etmək mümkündür.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və ABŞ-ın World Business Capital (WBC) investisiya fondu kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?