Modern.az

Məsud Yılmaz:”Məni Amerika yıxdı”

Məsud Yılmaz:”Məni Amerika yıxdı”

5 Mart 2010, 13:47

Türkiyənin sabiq hökumət başçısı Məsud  Yılmaz  ilginc açıqlama ilə çıxış edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Məsud Yılmaz bəyan edib ki, 1997-ci ildə  “Mavi axın” anlaşmasının tük parlamentində yekdil səslə ratifikasiyasından sonra ABŞ-dan ona qaışı təzyiqlər başlayıb.  Müqavilənin TBMM-də təsdiqindən sonra bir sıra ölkələrin Ankaradakı səfirləri və digər təmsilçiləri Türkiyənin enerji naziri və şəxsən onunla görüş tələb ediblər. “ABŞ, Kanada, Misir səfirləri gəlirdi. Onlar dünya enerji bazarına yeni bir oyunçu kim girən Türkiyəni əgəlləməyə çalışır və Türkiyə bazarını ələ keçirməyə çalışırdılar”,-deyə sabiq baş nazir bildirib.

Məsud Yılmaz qeyd edib ki, Amerikanın Ankaradakı səfiri onu birbaşa  təhdid də edib. 

“Amerika səfiri  mənimlə 2 dəfə görüş keçirdi. O, mənə “müqavilədən imtina etməsəniz, pis nəticələr olacaq, şəxsən sənin üçün də pis olacaq, onsuz da Qara dənizdən hər hansı boru keçməz” deyirdi. Mən də ona “qorxum yoxdur, ölkəmiz üçün gərəkli olan bu anlaşmanı həyata keçirəcəm”dedim”.

  

Məsud Yılmazın bu açıqlaması  türk millət vəkilləri arasında böyük həyəcan yaradıb. Məsud Yılmaz baş verənləri siyasi həyatında ən ilginc olay adlandırıb.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər