Modern.az

“Həbsxanalara ictimai nəzarətçilər hər il dəyişir” - Komitə üzvündən ETİRAZ

“Həbsxanalara ictimai nəzarətçilər hər il dəyişir” - Komitə üzvündən ETİRAZ

27 Fevral 2013, 13:42

Bu gün Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin bir illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq komitəni formalaşdıran Seçki Komissiyası ilə hesabat görüşü keçirilib.

Konfransda çıxış edən Ədliyyə Nazirliyinin insan haqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Faiq Qurbanov həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. “Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada genişmiqyası ədliyyə islahatları həyat keçirilib. Penitensiar xidmətin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması kimi ardıcıl tədbirlər görülür. Bu sahədə də davamlı olaraq səmərəli ictimai nəzarət mexanizmi üzrə ictimai komitə fəaliyyət göstərir. Vətəndaş cəmiyyətinin hüquq mühafizə orqanları arasında faydalı əməkdaşlıq mexanizmi kimi qiymətləndirilən ictimai komitə tərəfindən penitensiar müəssisələrdə 3 ildən çox baş çəkmə həyat keçirilib. 400-dən çox məhkuma hüquqi yardım göstərilib. Onların saxlanma şəraiti , məhkumlara yüksək ixtisaslı tibbi xidmətlərin göstərilməsi  prosesi yaxından müşahidə edilmişdir. Komitənin monitorinqlərinin nəticələri üzrə Ədliyyə Nazirliyinin göstərdiyi hesabatlar və tövsiyələr təhlil olunaraq lazımı tədbirlər görülüb”.

İctimai Komitənin üzvi və “Hüquq dünyası ictimai təşkilatı”nın sədri Nazir Quliyev bildirib ki, 6-cı komitənin 9 üzvü seçilib. Altıncı komitənin yekun hesabatına görə baş çəkmələr hər dəfə komitə tərindən həyata keçirilir. Bu daha çox təlim tərbiyə tibbi xidmətin təşkili , məhkumların əməyə cəlb olunması kimi işlərdən ibarətdir. Eyni zamanda 326 məhkumla fərdi görüş keçirilib.

Daha sonra çıxış edən  Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, sosial reabilitasiya mərkəzləri yoxdur. “Sosial reabilitasiya mərkəzləri yaradılsa onların  yenidən ora düşmək ehtimalları azalar. Eyni zamanda hər bir pentensiar xidmət işçisinə 15 məhkum düşür ki, bu da cəza çəkmə müəssisələrində işçilərin sayının artırılmasını şərtləndirir. Mən hesab edirəm ki, əsas da tibbi personalın sayı artırılmalıdır”. Vakansiya yerləri ilə bağlı hüquqşünas təkliflər irəli sürüb ki, psixoloq və sosial işçilər bölməsi yaradılmalıdır ki, onlar psixoloji reabilitasiya testindən keçsinlər. İstilik sistemlərinə də toxunaraq bildirib ki, təcridxanalarda istilik sistemləri yoxdur. 

Hüquq müdafiəçisi, İctimai Komitənin üzvü Sahib Məmmədov isə bildirib ki, İctimai Komitənin tərkibi hər il yenilənir: “Bir müddət əvvəl İctimai Komitənin keçmiş üzvlərindən biri mətbuatda belə bir fikir səsləndirmişdi ki, İctimai Komitənin tərkibi sabitdir. Hər il eyni adamlar seçilir. Lakin bu düzgün deyil”.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!