Modern.az

Akif Nağı: “Fransa səfirliyi qarşısında aksiya keçirmək fikrimiz yoxdur”

Akif Nağı: “Fransa səfirliyi qarşısında aksiya keçirmək fikrimiz yoxdur”

27 Fevral 2013, 16:28

Fransa Milli Assambleyasında ermənilərin iki azərbaycanlını döyməsi ilə bağlı Modern.az Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıdan  münasibət öyrənib. QAT sədri Akif Nağının reaksiyası belə olub: “Hələlik aksiya keçirməklə bağlı fikrimiz yoxdur. Ancaq hesab edirik ki, Fransa hökuməti bu məsələyə diqqətlə yanaşmalıdır. Bu, xoşagələn hadisə deyil. Türkiyədə Xocalı anım tədbiri zamanı iştirakçılara hücum olur, Fransada soydaşlarımız döyülür. Özünü demokratik, tolerant dövlət kimi təqdim edirlər, amma ölkələrində hər hansı xarici ölkə vətəndaşlarının müəyyən hərəkətlərinə dözümsüz yanaşıb zorakılığa əl atırlar. Bunların hamısının kökündə erməni lobbisinin fəaliyyəti dayanır”-deyə etirazını bildirib.

Xatırladaq ki, Fransa-Ermənistan dostluq qrupunun üzvləri ilə birlikdə “Sumqayıt hadisələrindən 25 il sonra: hazırki vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” mövzusunda Fransada  yığıncaq keçirilib.  40 nəfərin iştirak etdiyi yığıncaqda “Sumqayıt hadisələri” zamanı “həlak” olan ermənilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən orada iştirak edən Parisdəki “Azərbaycan evi”nin sədri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov ayağa qalxmayıblar. Ermənilərin Sumqayıtda baş verən hadisələrə iftira və yalan donu geydirmələrinə, həqiqəti gizlədərək ölkəmizə qarşı böhtan yağdırmalarına dözməyən M.Fətəliyeva əsl genosidin-Xocalı faciəsinin məhz bu gün baş verdiyini bəyan edib. Bundan sonra ermənilər qəzəblənərək azərbaycanlıları döyüblər.    

 

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi