Modern.az

Qabil Hüseynli: “Rus dili bölgədə nüfuzunu itirib”

Qabil Hüseynli: “Rus dili bölgədə nüfuzunu itirib”

Aktual

27 Fevral 2013, 16:33

Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin RF Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının iclasında milli mədəni qurumlarla görüşü zamanı rus dilinin bölgədə hakim dilə çevrilməsi məsələsindən danışıb. O, “Rus dilinin istisnasız olaraq region ölkələrində doğma dil kimi dəstəklənməsini genişləndirmək zəruri və vacib məsələdir”, – deyə vurğulayıb. Bu bir ideoloji basqı ola bilərmi?

    Bu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli qeyd edib ki, bu addım hakim millətçilik şüurunun, mövqeyinin ifadəsidir. “Millətlərarası ünsiyyət vasitəsi kimi müəyyən dillərdən, o cümlədən rus dilindən bölgədə istifadə edilir. Ancaq bu hakim dilə çevrilməsi anlamına gəlməməlidir”.   Siyasi şərhçi onu da deyib ki, bu yanaşma kökündən yanlışdır. “Suveren ölkələrin milli dillərini əvəz edə bilməz. Millətlərarası ünsiyyət vasitəsi kimi rus dilinin hakim mövqe qazanması tarixi tələbat üzrə baş verə bilər. Əgər bu dilə ehtiyac varsa, bundan istifadə ediləcək və öyrənəcəklər. Onsuz da rus dili postsovet məkanında ünsiyyət vasitəsi kimi istifadə edilir. Ancaq ingilis dili tədricən ruscanı müəyyən sahələrdən sıxışdırıb çıxardır. Kimsə, zorla, uzun müddətə rus dilini qoruyub saxlaya bilməz”.

  Aqşin Kərimov

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi