Modern.az

XİN sözçüsü: “Qərb Ermənistandakı seçkilərdə olanları görməməzliyə vurur”

XİN sözçüsü: “Qərb Ermənistandakı seçkilərdə olanları görməməzliyə vurur”

Aktual

27 Fevral 2013, 16:57

“Qərb ölkələri Ermənistandakı seçkilərdə olanları görməməzlikdən gələrək, ikili standarta yol verirlər”. Modern.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. “Əgər buna oxşar hadisələr başqa bir ölkədə olsaydı, Avropa İttifaqı (Aİ) buna sərt reaksiya verərdi. Ancaq Ermənistanda yaşananlar, prezidentliyə namizədin vurulmasını qınayan, seçkilərdəki saxtakarlıqlara qarşı hər hansı bir sərt açıqlamalar görmədik”. 

Nazirliyin rəsmisi qeyd edib ki, Ermənistanda seçkilər öncəsi və seçkilər zamanı yaşanan hadisələrə baxmayaraq, dünya ictimaiyyəti susma mövqeyini tutu. “Nə Avropa İttifaqı, nə ATƏT, nə də özləri insan haqları qurumu adlandıran təşkilatlar heç bir reaksiya vermədi”.   Bu qədər ədalətsiz mövqedən sonra biz Avropa Birliyindən obyektiv, şəffaf, ədalətli yanaşma gözləyə bilərik” sualına isə Elman Abdullayev belə cavab verib. “Avropa İttifaqı ilə əməkdaşlığımızı inkişaf etdirmək istəsək də, hər zaman Aİ-dan ədalətsizlik görmüşük. Bu durumda Avropa İttifaqı və Avropa İttifaqının qurumlarından hansı ədaləti gözləyə bilərik? Bu onu göstərir ki, bu qurumlar hadisələrə öz siyasi gündəmi çərçivəsində yanaşır. Bəziləri müəyyən imtiyazlara sahib olsa da, bu hər kəsə aid deyil. Bəzilərini qınamağa yaşıl işıq yansa da, bu da hər kəsə aid edilmir”.

 

“Ermənistana niyə üstün mövqe sərgilənir?” deyən XİN rəsmisi, bu yanaşmaların Azərbaycanda böyük narahatlıq doğurduğunu bildirib. Eyni zamanda Elman Abdullayev bu kimi olayların Avropa İttifaqının tərəfsizliyinə kölgə düşürdüyünü qeyd edib.

Sevinc İltifatqızı

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü