Modern.az

Milli Məclis ABŞ Konqresinə bəyanat verilməsi üçün İşçi qrup yaratdı

Milli Məclis ABŞ Konqresinə bəyanat verilməsi üçün İşçi qrup yaratdı

5 Mart 2010, 16:18

Milli Məclisin martın 5-də keçirilən iclasında vitse-spiker Bahar Muradova da təklif edib ki, ABŞ Konqresinin Nümayındələr Palatasının xarici əlaqələr komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilən qərara etiraz bəyanatı ilə reaksiya verilməlidir. “Biz bir qrup yaratmalı və Konqresə etiraz bəyanatı ünvanlamalıyıq. Bu, Azərbaycanın Türkiyə ilə həmrəyliyinin də nümayişi olacaq”-deyə MM sədrinin müavini deyib. Milli Məclisin sədri Oqtay Əsədov təklifi dəstəkləyərək komitə sədrlərinin iştirakı ilə bəyanatın hazırlanacağını bildirib. 

Modern.az xəbər verir ki, günün ikinci yarısında ABŞ Konqresinə göndərilməsi üçün etiraz bəyanatını hazırlayacaq işçi qrupun yaradıldığı bildirilib. İşçi qrupun sədri Səməd Seyidovdur. Üzvlər Qənirə Paşayeva, İqbal Ağazadə, Məlahət İbrahimqızı, Zahid Oruc, Mübariz Qurbanlı, Əli Hüseynov, İkram İsrafildir. Spiker Oqtay Əsədov bildirib ki, Milli Məclis kəskin etiraz bəyanatı ilə öz mövqeyini ortaya qoymalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı