Modern.az

Sankt-Peterburqda azərbaycanlı deputatların ermənlərlə insidenti olub

Sankt-Peterburqda azərbaycanlı deputatların ermənlərlə insidenti olub

27 Fevral 2013, 19:04


Sankt-Peterburqda MDB-yə üzv ölkələrin Parlamentlərarası Assambleyasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyası toplantı keçirib.

Fevralın 26-da keçirilən toplantıda Azərbaycanı deputatlar Rüfət Quliyev, İqbal Məmmədov və Parlamentlərarası Assambleyanın baş katibinin müavini, Milli Məclisin bu qurumdakı nümayəndəsi Aydın Cəfərov təmsil edib.

Deputat Rüfət Quliyevin “day.az”a bildirdiyinə görə, iclasda insident baş verib.

“Belə ki, Azərbaycanda həmin gün Xocalı soyqırımının ildönümü olduğundan MDB Parlamentlərarası Assambleyasının binası qarşısındakı Azərbaycan bayrağı endirilmişdi. Bu, erməni nümayəndələri tərəfindən etirazla qarşılandı. Amma Aydın Cəfərov MDB Parlamentlərarası Assambleyasının baş katibi cənab Sergeyevə lazımi izahat verməklə onu inandıra bildi ki, bu cür hallarda bayrağın endirilməsi normal və qəbuledilən haldır. Amma bundan sonra da erməni nümayəndələri sakitləşmədilər. Onlar toplantı zamanı Xocalı faciəsinin mahiyyətini təhrif edən materialları iştirakçılara paylamağa başladılar. Biz bu məsələnin komissiyanın iclasının gündəliyinə salınmasını təklif elədik. Müzakirələr zamanı da erməni təmsilçilərinə layiqli cavab verildi. Aydın Cəfərov, İqbal Məmmədov və mən çıxış etdim”.

Toplantıda iştirak etmiş Aydın Cəfərovun sözlərinə görə, Ukrayna, Qazaxıstan, Rusiya və Belorus nümayəndələri azərbaycanlı həmkarlarına dəstək verib.
“Hesab edirik ki, Parlamentlərarası Assambleya münaqişələrin həllinə yardımçı olmalı və onlara hüquqi qiymət verməlidir. Saxtakarlıq və təxribatlara burada yer yoxdur”.

Deputat İqbal Məmmədovun sözlərinə görə, nümayəndə heyətimiz Xocalı soyqırımı ilə bağlı əsl həqiqətlər haqda məlumatlı olan, bu məsələdə Azərbaycanın mövqeyini bölüşən siyasətçilərlə görüşüblər.

Modern.az   
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir