Modern.az

Fransa mətbuatı erməni vəhşiliyindən yazdı

Fransa mətbuatı erməni vəhşiliyindən yazdı

28 Fevral 2013, 09:12

Fransa Milli Assambleyasında erməni icması və onun bir qrup fransız havadarı tərəfindən keçirilən yığıncaqda “Sumqayıt hadisələri”ndə “həlak olan” ermənilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi zamanı buna etiraz bildirən və eyni zamanda, Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edilməsi tələbini irəli sürən iki azərbaycanlının vəhşicəsində döyülməsi fransız mətbatının diqqətindən yayınmayıb.

Modern.az AzərTAc-a istinadən bildrir ki, bu ölkənin ən nüfuzlu “Le Fiqaro”, “Le Monde” və digər qəzetlərinin səhifələrində, habelə aparıcı Frans Press Agentliyinin saytında hadisə barədə geniş məlumat verilib. 
“Le Fiqaro” qəzetinin “Ermənistan: Milli Assambleyada toqquşma” sərlövhəli yazısının əvvəlində Milli Assambleyada yığıncaq keçirən ermənilərlə iki azərbaycanlı arasında baş verən hadisəyə Azərbaycanın Fransadakı səfirinin dərhal münasibət bildirməsi diqqət çəkir. 
Məqalədə qeyd olunur ki, ermənilər 1988-ci ildə SSRİ dövründə Azərbaycanın Sumqayıt şəhərindəki iğtişaşlar zamanı həlak olan ermənilərin xatirəsini yad etmək məqsədilə fevralın 26-da Milli Asambleyanın binasında yığıncaq keçiriblər. Həmin yığıncaqda iştirak edən iki azərbaycanlı Qarabağ münaqişəsi vaxtı 1992-ci ildə ermənilərin Xocalıda törətdikləri soyqırımı qurbanlarının anılmasının təklifi ermənilərin qəzəbinə tuş gəlib. Yazıda səfirin “azərbaycanlı olduqları üçün erməni fəalları tərəfindən möhkəmcə döyülmüşlər” fikrinə istinad edilir. Vəhşiləşmiş ermənilərin əllərindən canlarını birtəhər qurtaran hər iki azərbaycanlı bir qrup deputatın yığıncaq keçirdiyi başqa bir otaqda gizlənə biliblər.
Səfirin hadisəni törədənlərin yaxın vaxtlarda məsuliyyətə cəlb olunacağı barədə fikiri də yazıda yer alır. 
Həmişə xalqımza ləkə yaxmaq, beynəlxalq aləmin gözündən salmaq üçün dəridən-qabıqdan çıxan ermənilər yenə də öz əməllərinə sadiq qalırlar. 
Baş verən hadisəyə münasibət bildirən Fransa ermənilərinin Koordinasiya Şurası bu məsələdə fransızların diqqətini yayındırmaq üçün növbəti böhtana əl atır: heç bir neçə dəqiqə keçməmiş səfir hadisə yerinə gəlib. Bu, Azərbaycanın təxribatıdır” kimi fikrlər qəzetdə verilir. 
“Le Monde” qəzetinin “Milli Assambleyada ermənilərlə iki azərbaycanlı arasında vuruşma” başlıqlı yazıda da “Sumqayıtda həlak olan ermənilərin xatirəsi yad edilərkən” orada iştirak edən iki azərbaycanlının ayağa qalxmaması ermənilərin qəzəbinə tuş gəlmiş və onlar hər iki azərbaycanlıya hücum edərək müxtəlif bədən xəsarəti yetimələri barədə səfir Elçin Əmirbəyovun fikirlərinə istinad olunur. 
Yazıda Müstəqillərin və Demokratların Birliyi Partiyasından deputat seçilən Filip Vijye ermənilər tərəfindən vəhşicəsinə döyülən iki azərbaycanlının partiya sədri Jan-Lui Barloonun rəhbərliyi ilə keçirilən başqa bir zalda sığınacaq tapdıqlarını təsdiq edib və bildirib ki, onlar stress və çoxlu zərbələr almış vəziyyətdə idilər. Məqalədə səfirin cinayətkarlar tezliklə tapılaraq ədalət məhkəməsi qarşısında dayanacaqları barədə fikri yer alıb. 
Türkiyəyə və Azərbaycana qarşı daim qərəzli mövqe tutan, böhtan dolu fikirlər söyləməkdən usanmayan, ləğv olunan qondarma “erməni soyqırımı”nı inkar edənlərin bir illik məsuliyyətə cəlb olunması və 45 min avro cərinə ödənməsi kimi qanunun müəllifi, ermənilər tərəfindən ələ alınan Xalq Hərəkatı Birliyi Uğrunda Partiyasından (UMP) deputat seçilən Valeri Boyer hadisəni “Azərbaycan tərəfinin yeni təxribatının teatrı” kimi qələmə verməklə yenə də köhnə şakərinə sadiq qaldığını göstərib.
Senator Natali Qulenin və parlamentin altı üzvünün imzası ilə bu hadisəni pisləyən bəyanatla çıxış etməsi baradə də məqalədə məlumat verilib.
“Milli Assambleyada erməni fəalları ilə iki azərbaycanlı arasında baş verən hadisə” sərlövhəli yazı ölkənin aparıcı Frans Press Agentliyinin saytında da yayımlanıb. Yazıda Azərbaycanın Fransadakı səfirinin sözlərinə istinad olunur və bildirilir ki, 1988-ci ildə SSRİ dövründə Azərbaycanın Sumqayıt şəhərində baş verən hadisələr zamanı” həlak olan ermənilərin” xatirəsi Milli Assambleyada yad edilən tədbirin iki azərbaycanlı iştirakçısının ayağa qalxmamasından və Xocalı faciəsi qurbanlarını xatirəsinin də anılması barədə çağırışlar səsləndirdiklərinə görə əsəbləşən ermənilər onlara qarşı zor tətbiq etmiş və vəhşicəsinə döyüblər. 
Sonda təqsirkarların tezliklə öz cəzalarını alacaqları qeyd olunub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər