Modern.az

Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupu bəyanat verdi

Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupu bəyanat verdi

28 Fevral 2013, 09:32


Fransa Milli Assambleyasının üzvü, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Terri Mariani və qrupun daha 13 üzvü dünən parlament binasında bir qrup erməninin fransalı deputatların iştirakı ilə iki azərbaycanlını döyməsi ilə bağlı bəyanatla çıxış ediblər.

“Fransa Milli Assambleyası həmişə hörmətli, dialoq və fikir mübadiləsi yeri olmuşdur. Fevralın 26-da baş verən hadisəni biz qətiyyətlə pisləyirik. Erməni məsələləri üzrə Fransa bürosu və erməni məsələləri üzrə müdafiə komitəsi fevralın 26-da “Sumqayıt hadisələrindən 25 il sonra: müasir vəziyyət və Dağlıq Qarabağ xalqının perspektivləri” mövzusunda keçirdikləri konfransda bir azərbaycanlı qadın və bir tələbə iştirakçılar tərəfindən görünməmiş zorakılığa məruz qalıb. Milli Assambleyada baş verən bu xoşagəlməz hadisənin müəllifləri cəzasız qala bilməz və onlar öz hərəkətləri üçün cavab verməlidirlər. Bu, qəbuledilməz dözümsüzlüyü sübut edir və iki ölkə arasında dialoqa, eyni zamanda, beynəlxalq təşkilatların qətnamələrində əksini tapan Azərbaycan ərazilərinin böyük bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyi Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına ciddi mənfi təsir göstərə bilər” – deyə bəyanatda bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir