Modern.az

Türk “Eurovision”çular qəzəblənib

Türk  “Eurovision”çular qəzəblənib

5 Mart 2010, 15:54

Türkiyəni may ayında Norveçdə “Eurovision” mahnı yarışmasında təmsil edəcək “Manga” qrupu ifa edəcəkləri mahnının siyasi motivli olmasına dair bir sıra kütləvi informasiya vasitələrində yayılmış məlumatlara təpki göstərib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, “Manga” qrupu oxuyacağı mahnının “demokratik açılım” mesajı verməsi iddialarından qəzəblənib.  İfaçılar qeyd edir ki, “mahnını etnik qruplar üçün yazmadıq”. Mahnı iki sevən şəxsin qarşılıqlı məhəbbətinə həsr olunub.  Qrupun solisti Ferman Akgül  We Could Be The Same (“Eyni  Olabilirdik”) mahnısının qlobal mahiyyət daşıdığını deyib. “Bu mahnını Türkiyədəki etnik qrupları düşünərək yazmadıq. İki  nəfər bir-birini sevən zaman aralarındakı fərqlilkləri nəzərə almamağa çalışarlar. Çıxş nöqtəsi buydu. Sonra bunu genişləndirdik. Ölkə üçün düşünülsə, belə arzuolunan ola bilərdi, lakin biz qlobal düşündük. Əgər tək ölkə üçün məhdudlaşdırsaq, qlobal bir mesaj olmaq əhəmiyyətini itirə bilər”,-deyə “Manga”çı bildirib. Qrup yarışmaya qədər Avropanın 20 ölkəsində 30 konsert verəcək.

 

Mahnının mühahisəli bölümü:

 

Yeni bir səhifə açdığımı hiss edirəm,

Dünyanın bir səhnə olduğunu hiss edirəm,

Dramın sona çatacağını düşünmürəm,

Nifrəti buraxacaqlarını düşünmürəm,

Amma dünyanın möhtəşəm ola biləcəyini bilirəm.

Səni onların səndən nifrət etdyindən daha artıq sevə bilərəm.

Kimi ayıbladıqları önəmli deyil,

Onları öz oyunlarında yenə bilərik,

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı