Modern.az

Mehriban Əliyeva da qadınları təbrik etdi

Mehriban Əliyeva da qadınları təbrik etdi

5 Mart 2010, 17:35

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva martın 5-də Milli Məclisdə çıxış edərək 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə parlamentin xanım deputatlarını və bütün Azərbaycan qadınlarını təbrik edib.

Mehriban Əliyeva ölkəmizin bütün qadınlarına cansağlığı, xoşbəxtlik və işlərində uğurlar arzulayıb. Millət vəkili Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatının ən müxtəlif sahələrində çalışdığını qeyd edərək onların müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri olduğunu söyləyib.

Deputat Qənirə Paşayeva isə çıxışında Mehriban xanım Əliyevanı parlament adından Beynəlxalq Qadınlar Günü və Fransa Respublikası Prezidentinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilməsi münasibətilə təbrik edib.

"Mehriban xanım Əliyeva Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uğurlu fəaliyyət göstərir. Ona bu işdə uğurlar arzulayırıq", - deyə Q.Paşayeva deyib.

Bu gün parlament rəhbərliyi xanım millət vəkillərini və Milli Məclis Aparatında çalışan qadınları 8 Mart bayramı münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim olunub.

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir