Modern.az

Gürcüstanın müdafiə naziri: “Mixail Saakaşvili antidövlət bəyanatı verib”

Gürcüstanın müdafiə naziri: “Mixail Saakaşvili antidövlət bəyanatı verib”

1 Mart 2013, 14:29

“Gürcüstanın prezidenti Mixail Saakaşvili Azərbaycandan dönəndən sonra antidövlət bəyanatı verib”. Modern.az gürcü mətbuatına istinadən bildirir ki, bu sözləri Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bildirib. O, əslən Qardabani əyalətindən olan Söyün Sadıqovun müəyyən təşkilat yaratması və bu təşkilatın Gürcüstan və Azərbaycan üçün eyni anda təhlükəli olması barədə bəyanatına münasibət bildirərkən deyib.
 “Saakaşvilinin çıxışından sonra məndə belə fikir formalaşır ki, o, siyasətdən getdikdən sonra istəyir ki, Gürcüstanda daş üstündə daş qalmasın”.

İrakli Alasaniyanın sözlərinə görə, belə bəyanat antidövlət xarakteri daşıyır və Gürcüstanın regional təhlükəsiz inkişafına mane olur.

Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana səfərdən dönən kimi Tiflis hava limanında jurnalistlərlə verdiyi açıqlamasında bildirib ki, azərbaycanlı iş adamları, milyarderlər Söyün Sadıqov və Vahid Ələkbərov Rusiyanın əli ilə Azərbaycanda çevriliş hazırlayır. O, bu insanların Azərbaycanda Gürcüstan variantını təkrar etmək istədiklərini qeyd edib.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər