Modern.az

Davutoğlu ABŞ-a: “Erməni-azəri barışı istəyirsinizmi və ya istəmirsinizmi?”

Davutoğlu ABŞ-a: “Erməni-azəri barışı istəyirsinizmi və ya istəmirsinizmi?”

5 Mart 2010, 19:10

Əhməd Davutoğlu bu gün Ankarada keçirdiyi  mətbuat konfransında  Cənubi Qafqazda barışın əldə olunması üçün Azərbaycan torpaqlarının işğalına son qoyulması vacibliyini bildirib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,  Davudoğlu  türk-erməni barışı ilə yanaşı Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması vacibliyini qeyd edib. “Bizim bölgəmizdə tək ayaqlı barış yeriyə bilməz”deyən XİN başçısı  Balkanlarda və Orta Şərqdə keçmişdə yaşanmış  səhvləri xatırladıb.  “Orta Şərqdə və Balkanlarda azmı təcrübə qazandıq, indi eyni təcrübənin eynilə Qafqazlardada yaşanmasını düşünə bilərik? Madam barış istəyirsiniz, niyə sadəcə türk-erməni barışığından bəhs edirik, niyə erməni-azəri barışığı önə çıxmasın? Niyə Türkiyə, Erməni-Azəri barışı da gerçəkləşsin, 17 ildir sürən düyün açılsın deyəndə səhv etmiş olur? Bunu da qərbli və amerikalı dostlarımızın düşünməsi vacibdir. Məsələ açıq və aydındır. Türk-erməni barışı istənilirmi? Bəli, Türkiyə istəyir.  İndi bu sualı veririk:  Erməni-azəri barışı istəyirsinizmi və ya istəmirsinizmi? Çıxsınlar və desinlər ki, istəmirik. Biz də ona görə işimizi quraq. Yox, əgər istəyirlərsə, onda vacib olan işi görsünlər". 

Davutoğlu bəyan edib ki, Ankara İrəvanla əlaqələrin normallaşmasında qərarlıdır. “Qafqazlarda uzun sürən sülhün əldə olunmasında maraqlıyıq. Bu uzunmüddətli sülh təkcə Türkiyə və Azərbaycanın mənfəətinə deyil, ən çox Ermənistanın mənafeyinədir. Bu məsələdə biz qərarlıyıq”.

XİN başçısı qeyd edib ki, Konrqesin son qərarı  Türkiyə-ABŞ, Türkiyə –Ermənistan və Qafqazlarda normallaşma prosesinə ciddi təsirə malikdir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı