Modern.az

Həm lənət, həm də hədiyyə olan soyad - Hemenquey

Həm lənət, həm də hədiyyə olan soyad - Hemenquey

2 Mart 2013, 11:54



Dünya şöhrətli yazıçı, Nobel mükafatı laureatı Ernest Hemenqueyin aktyor olan nəvəsi Manuel Hemenquey ekranlaşdırdığı “Dəlilikdən qaçış” adlı sənədli filmi ilə babasının müəmmalı intiharını və bir çox ailə sirlərini açıqlayıb. “Sandeys” festivalında nümayiş olunan və böyük maraqla qarşılanan film Hemenqueylərin 1 əsrə yaxın davam edən ailə sindromunu özündə əks etdirib. 52 yaşında intihar edən məşhur yazarın aludə olduğu depressiya və alkoqola meyillilik indi də onun ailəsini tərk etmir. Sanki estafet olaraq bu iki sindrom ailənin bir üzvündən başqa üzvünə ötürülür. Belə ki,  Ernestin atası və iki qardaşı da özü kimi intihar etmişdi. Bundan başqa,  15 il bundan qabaq Hemenqueyin ildönümü ərəfəsində həmin aktyorun bacısı Marqa yüksək dozada dərman qəbul edərək 42 yaşında intihar etmişdi. 

Qeyd edək  ki, Marqa 16 yaşında ikən Amerikanın ən tanınmış modellərindən biri olub. Dünyada 1 milyon dollarlıq müqavilə imzalayan ilk model olub. Manuelin digər bacısı Mafet isə uzun müddətdir ki, aludə olduğu depressiyadan çıxa bilmir. Elə Manuelin özü də 51 yaşında iki uşaq atası olmasına baxmayaraq, depresiyanın altında olduğunu və bir neçə dəfə intihar haqda fikiriləşdiyiini bildirib.

Bunlardan başqa Ernest  Hemenquey ailəsinin başqa üzvləri də ömürlərinin əksər hissələrini depressiya altında keçiriblər. Bunlar Marseel Hemenquey, Klara Edvard Hemenquey, Madalena Hemenqueydir.

Məruz qaldıqlaarı depressiya bunlarda tamamilə başqa həyat tərzi formalasdırıb. Eynən dahi Ernestin özü kimi. Bir maraqlı faktı da qeyd edək ki, artıq Hemenqueyin nəslindən olan insanlar bu soyaddan iimtina edirlər. Buna səbəb kimi isə Hemenquey soyadının onlara hədiyyə olduğu kimi, lənət gətirən bir qüvvə də olduğunu bildirirlər. Belə ki, Manuelin qızları və digər ailə üzvləri öz analarının soyadından isitifadə edirlər.  

Elmin Nuri
   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...