Modern.az

Amerika erməniləri məyus edəcək

Amerika erməniləri məyus edəcək

6 Mart 2010, 13:39

Amerkadakı hakim Demokratlar Partiyası Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin qondarma “erməni genosidi” qətnamə layihəsini indiki mərhələdə  Baş Məclisə göndərilməyəcəyini açıqladı. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hakim partiya qətnamənin Baş Məclisə göndərilməsinin nəzərdə tutulmadığını bəyan edib. Barak Obama administrasiyasından bildirilib ki, hakim partiya qondarma qətnamənin qəbulu prosesini dayandıracaq.

  ABŞ dövlət katibi Hilari Klinton hesab edir ki, qondarma sənədlə bağlı prosesin Konqresdə davam etdirilməsi arzuolunmazdır. Dövlət Departamenti hesab edir ki,  “erməni soyqırımı” iddialarına dair hər hansı hərəkət Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə mane olacaq. Dövlət Departamentinin sözçüsü Filip Krouli bu narahatçılığın Konrqes üzvlərinə çatdırıldığını deyərək əlavə edib ki, “Konqreslə aramızda bir anlayış var”.  Krouli qeyd edib ki,   Vaşinqton  Türkiyə və  Ermənistanı keçmişə aid məslələri həll etməyə  və münasibətlərini normallaşdırmağa çağırır.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?