Modern.az

“Difai”nin Sonası” - erməni terroru ilə mücadiləyə həsr edilən yeni film

“Difai”nin Sonası” - erməni terroru ilə mücadiləyə həsr edilən yeni film

6 Mart 2013, 17:24

“İzmediya qroup” şirkəti 20-ci əsrin birinci onilliyində Azərbaycanın tarixinin gizli, az tədqiq olunmuş məqamlarından biri barədə sənədli filmin istehsalına başlayın. Şərti adı ““Difai”nin Sonası” olan film ötən yüzilliyin əvvəllərində milli oyanış hərəkatında xüsusi payı olan “Difai” təşkilatının fəaliyyəti ilə bağlıdır.

Filmin prodüseri İdris Heydərlinin Modern.az-a verdiyi açıqlamaya əsasən, 1905-ci ildə erməni terror təşkilatları çar Rusiyasının yüksək səviyyəli məmurları tərəfindən silahlandırılır və Qafqazdakı müsəlman əhalisinə qarşı qanlı cinayətlər törədilirdi. Bütün bunların qarşısında aciz qalmamaq üçün gizli “Difai” milli təşkilatının yaradıcıları silah-sursat əldə etmək üçün məxfi qurumlar təsis edirlər. “Bu dəfəki ekran yozumunun özəlliyi yalnız yeni faktların ortaya çıxması ilə bağlı deyil. Həm də qəhrəmanı ilə bağlıdır. Belə ki, “Difai” yarıhərbi məxfi təşkilatın başında əslən Şuşadan olan, tanınmış ictimai xadim, fikir adamı Əhməd bəy Ağaoğlunun qohumu Sona xanım Səfərova durub. Bir neçə dil bilən, dövrünün bütün ictimai və kübar qaydalarını yüksək səviyyədə mənimsəyən gənc Sona Səfərova həyatını təhlükəyə qoyaraq Rusiyanın müxtəlif şəhərlərindən milli qüvvələri silah-sursatla təmin edirdi. Müxtəlif şəhərlərdə yerləşən təşkilat üzvlərinə rəhbərlik edən Sona Səfərova bir neçə dəfə həbs edilsə də, fərqli üsullarla təqiblərdən yayına bilir. Amma 1911-ci ildən sonra onun haqqında heç bir məlumata rast gəlinmir. Rusiya arxivlərində, xüsusi qrif altında saxlanılan sənədlərdə onun imperiya üçün ciddi təhlükəli şəxs olduğu, gizli siyasi fəaliyyətlə məşğul olduğu vurğulanır”.

İdris Heydərlinin sözlərinə görə, ““Difainin Sonası” sənədli filminin əsas çəkilişləri Rusiyanın Kazan, Samara, Volqoqrad, Həştərxan şəhərlərində aparılıb. “İzmediya qroup” şirkəti tərəfindən istehsalına başlaanan tarixi-sənədli film 28 may Respublika Gününə qədər hazır olacaq. Filmir rejissoru Seyran Bədəlov, operatoru Əli Sultanov, ssenari müəllifləri Esmira Məmmədova və Rasim İsmayılovdur.





Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər