Modern.az

Nigeriyada qətliam

Nigeriyada qətliam

Dünya

8 Mart 2010, 12:55

Nigeriyanın Cos şəhərində baş vermiş qanlı toqquşmalar nəticəsində 200 nəfər ölüb. Modern.az BBC-yə istinadən xəbər verir ki, zorakılıq dalğası  Doqo Nahava kəndindən başlayıb. Kənddə çobanlarla kəndlilər arasında bıçaqlı qarşıdurma yaranıb. Qarşı duran tərəflər  odlu silahlardan da istfadə ediblər. Ölmüş cəsədlər sonradan yandırılıb. Hadisə yerinə hökumət qoşunları yeridilib.  Yerli hökumət nümayəndələri isə ölənlərin sayının artacağını istisna etmirlər. Münaqişənin əsl səbəbi məlum deyil. Rəsmi dairələr söhbətin müsəlman və xristian icmaları arasında növbəti münaqişədən getdiyini bildirir. İlin əvvəllindən dinlərarası toqquşmalar nəticəsində müxtəlif məlumatlara görə 326 nəfərdən 550 nəfərədək adam ölüb.

Baş verənlər 140 milyon nəfər əhalisi olan Niğeriyadakı sosial-iqtisadi problemlərlə izah edilir.

  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir