Rusiya prezidenti Dmitri Medvedevin yaxın günlərdə Ermənistana səfəri gözlənilir. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskvadakı məlumatlı diplomatik mənbə xəbər verib. Qeyd olunur ki, hazırda Rusiya prezidenti Soçidədir. Medvedevin yaxın günlərdə İrəvana səfər etməsi ehtimalının yüksək olduğu qeyd olunur. Bununla belə, mənbə Medvedevin səfər formatının hələlik məlum olmadığını da açıqlayıb.