Modern.az

Quba məzarlığından yeni xəbər var

Quba məzarlığından yeni xəbər var

Ölkə

9 Mart 2010, 10:46

1918-ci ildə ermənilərin Qubada yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının danılmaz sübutu olan kütləvi məzarlıqla bağlı yeni xəbərlər var. Quba məzarlığında işləyən ekspedisiya qrupunun rəhbəri, Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Qəhraman Ağayev Modern.az saytına açıqlamasında bildirib ki, bi müddət öncə, buradakı insan sümüklərinin bir qismi tədqiq olunması üçün Səhiyyə Nazirliyinə verilib. Q.Ağayevin sözlərinə görə, iş başa çatdıqdan sonra Səhiyyə Nazirliyi soyqırım qurbanı olan soydaşlarımızın sümüklərini məzarlıqdakı yerinə qaytaracaq: “Biz də həmin sümükləri əvvəlki yerində yerləşdirəcəyik. Onu deyə bilərəm ki, Səhiyyə Nazirliyində sümüklərin çürüməsinin qarşısının alınması üçün 6 mərhələdə iş görülür. Artıq 3 mərhələ arxada qalıb. Sümüklərə “fomalin” vurublar. Daha 3 mərhələ qalır. Bu mərhələlərdən keçəndən sonra sümüklərdə 15 il çürümə prosesi olmayacaq”. Qubadan ilan deputat Yevda Abramov isə saytımıza bildirib ki, havalar yaxşılaşan kimi Quba kütləvi məzarlığında muzeyin tikilməsi işlərinə start veriləcək.  Xatırladaq ki, 2009-cu il dekabrın 30-da Prezident İlham Əliyev Qubadakı kütləvi məzarlıqda “Soyqırımı memorial kompleksi”nin yaradılması barədə sərəncam imzalayıb. Sərancama görə, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılacaq. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması üçün Quba Rayon İcra Hakimiyyətinə 1 milyon manat məbləğində vəsait ayrılıb.

Məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Aparılan qazıntılar nəticəsində burada insan cəsədləri qalaqlanan iki quyu və iki arx aşkar edilib. İnsanların hamısının soyuq sılah və küt alətlərlə xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyənləşdirilib. Ermənilər Qubada azərbaycanlılarla yanaşı ləzgiləri, yəhudiləri, tatları, avarları və digər etnik qrupların nümayəndələrini də amansızlıqla öldürüblər. Tədqiqat zamanı məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən yaşlı kişilərdir. Kütləvi məzarlıq 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının tədqiqatı nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu təsdiqlənib. Arxiv sənədlərindən məlum olub ki, 1918-ci ilin aprel-may ayları ərzində ermənilər tərəfindən təkcə Quba qəzasında 36 min 782 nəfər qətlə yetirilib, 122 kənd tamamilə dağıdılıb. Bu məzarlıq erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün daha bir danılmaz tarixi faktdır.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır