Modern.az

“Teleradio kanallarına dövlət sifarişinin Əsasnaməsi hazırlanmalıdır”

“Teleradio kanallarına dövlət sifarişinin Əsasnaməsi hazırlanmalıdır”

9 Mart 2010, 11:09

Teleradio kanalının büdcədən maliyyələşməsi o deməkdir ki, hazırlanması planlaşdırılan məhsulun sifarişçisi dövlətdir. Dövlətin teleradio sahəsində siyasətinin icrasını Milli Televiziya və Radio Şurası həyata keçirir. Deməli, teleradio kanallarına dövlət sifarişinin növünü və həcmini kollegial qurum olan Milli Televiziya və Radio Şurası həyata keçirməlidir”. Bu barədə Modern.az-a açıqlamasında Televiziya və Radio İşçilərinin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Vüqar Tapdıqlı bildirib. Onun sözlərinə görə, yuxarıda dediyi mexanizm tətbiq olunsa, büdcədə nəzərdə tutulan vəsaitə uyğun sifariş, həm dövlət təsisatı olan kanallara, həm də özəl kanallara  verilə bilər. “Nəticədə hazırlanan televeziya və radio məhsulu mərkəzləşdirilmiş arxivdə saxlanılar, həm də tirajlanar”. Müdafiə Komitəsinin üzvü Vüqar Tapdıqlının sözlərinə görə, teleradio kanallarına dövlət sifarişinin verilməsi, respublikamızda fəaliyyət göstərən 18 teleradio müəssisəsinin inkişafına ən böyük kömək olar. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?