Modern.az

Mottəki: “Qafqazdakı terrorçuların arxasında ABŞ durur”

Mottəki: “Qafqazdakı  terrorçuların arxasında ABŞ durur”

9 Mart 2010, 11:21

st1:*{behavior:url(#ieooui) }

İran ABŞ və Böyük Britaniyanı Orta Asiya və Cənubi Qafqaz regionunda terrorizmi dəstəkləməkdə ittiham edir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tehranda keçirilən beynəlxalq konfransda İranın  xarici işlər naziri Mənuçöhr Mottəki bildirib. “Regiondakı xarici hərbi bazalar sabitliyin möhkəmlənməsi işinə xidmət etmir, yalnız işğalçılıq və ekspansia planlarının həyata keçirilməsi məqsədi güdür. Regondakı terrorçuların arxasında ABŞ, Böyük Britaniya və onların Pakistan və Əfqanıstandakı hərbi qüvvələri durur”,-deyə Mottəki bildirib. O, qeyd edib ki,  region ölkələri öz ərazilərində xarici ölkələrin hərbi bazalarını yaradarkən əvvəlcə bunun qonşu dövlətlər üçün təhlükə yaradıb-yaratmamasına  diqqət yetirməlidir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu