Modern.az

Prokurorluqda işləyəcək namizədlərin müsahibəsi başlayıb

Prokurorluqda işləyəcək namizədlərin müsahibəsi başlayıb

Ölkə

9 Mart 2010, 11:35

Martın 9-da «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə və Baş Prokurorluq üzrə müvafiq Qaydalara uyğun olaraq Azərbaycan Respublikası prokurorluq orqanlarına işə qəbul olunmaq üçün 80 ştat vahidi üzrə elan edilmiş müsabiqənin ikinci mərhələsindən keçən namizədlərlə müsahibə başlayıb. Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirlib ki, bir müddət öncə müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət əldə etmiş 96 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ əldə edib. Müsahibə mərhələsi martın 9-dan başlayaraq Baş Prokurorluğun inzibati binasında keçiriləcək. Namizədlər bu gündən başlayaraq növbəlilik qaydasında müsahibəyə dəvət edilirlər. Sonuncu mərhələdə 96 namizəddən 80-i seçiləcək. Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!