Modern.az

Deputatların Dağlıq Qarabağa səfəri nə vaxt baş tutacaq?

Deputatların Dağlıq Qarabağa səfəri nə vaxt baş tutacaq?

9 Mart 2010, 12:04

Deputatların da daxil Azərbaycan nümayəndə heyətinin Dağlıq Qarabağa gedəcəyi gözlənilsə də, səfərin dəqiq tarixi bilinmir. Nümayəndə heyətinin tərkibinə kimlərin daxil olacağı hələki məlum deyil. Milli Məclisin deputatı Rövşən  Rzayev Modern.az-a açıqlamasında deyib ki, sözügedən səfərin baş tutması üçün erməni tərəfi ilə danışıqlar davam etdirilir: “Səfərin bu ilin sonuna qədər mümkünləşəcəyini düşünürəm. Ancaq bizim nümayəndə heyətinin tərkibi barədə hələ bir söz demək olmaz”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan parlamentariləri ötən ilin sonlarında Moskvada görüşmüşdülər. Həmin görüşdə azərbaycanlı deputatlar növbəti belə görüşün Dağlıq Qarabağda keçirilməsində maraqlı olduqlarını bəyan ediblər. Xatırladaq ki, ötən il Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun iştirakı ilə bir qrup ziyalı Dağlıq Qarabağa səfər edib. Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir