Modern.az

Bakı məktəblərində müəllimlərin 5%-i təqaüdçülərdi

Bakı məktəblərində müəllimlərin 5%-i təqaüdçülərdi

9 Mart 2010, 12:57

Bir müddət öncə Təhsil Nazirliyində bəzi təqaüdçü işçilərin tutduqları vəzifələrdən getməsindən sonra yaşlı müəllimlərin tədrisdən uzaqlaşdırılması məsələsi aktual mövzuya çevrilib. Modern.az-ın əldə etdiyi məlumata görə, hələ 2009-2010-cu tədris ili başlayan ərəfədə Bakıdakı məktəblərdən xeyli təqaüdçü müəllim yola salınıb. Onlara könüllü işdən çıxmaq təklif olunub, bəziləri bununla razılaşıblar, razılaşmayanlar da olub. Növbəti tədris ilindən pensiya yaşını çoxdan keçmiş qoca müəllimlərin məcburi qaydada tədrisdən uzaqlaşdırılacağı barədə söz-söhbət yayılıb. Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də bildirib ki, təqaüdçü müəllimlər işdən cıxarılması halları mövcuddur. “Hətta, belə  söhbətlər gedir ki, onlar öz ərizələri ilə məcburən işdən azad edilir. Çox güman ki, bu gələn ildən kütləvi hal alacaq”.

Bakı şəhəri Təhsil İdarəsinin tabeçiliyindəki 326 ümumtəhsil məktəbində çalışan 33 min 408 müəllimin 5 %- i təqaüd yaşlılardır. Bunu Modern.az-a idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı bildirib. O, qeyd edib ki, Bakı məktəblərində təqaüdçü müəllimlərin işdən uzaqlaşdırılması kimi hallar mövcud deyil. “Təqaüdçü müəllimlərimiz yetərincə savadlı, biliklidirlər. Niyə də bu cür müəllimlər məktəblərdən uzaqlaşdırılsın ki...”. 

“Əmək pensiyaları haqqında” Qanuna edilən son dəyişikliyə görə, qadınların pensiya yaşı 57-dən 60-a, kişilərinki isə 62-dən 63-ə qaldırılıb. Bu gün Azərbaycan məktəblərində yüzlərlə təqaüdçü müəllim çalışır. Təhminə Paşayeva

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi