Modern.az

“Aqşin Yenisey Allahı tanımayan adamdır” - QALMAQAL

“Aqşin Yenisey Allahı tanımayan adamdır” - QALMAQAL

Ədəbi̇yyat

13 Mart 2013, 11:12

Yazar Aqşin Yeniseyin martın 10-da Bakıda keçirilən “Əsgər ölümünə son” aksiyası ilə bağlı Facebook sosial şəbəkəsində yazdığı status geniş ictimai müzakirə səbəb olub. A.Yeniseyin statusu yazarlar və aksiyada iştirak edən gənclər tərəfindən sərt tənqid olunub.

Gənc yazar Tağı Kərimli isə Aqşin Yeniseyi Allahsız adlandırıb: “Aqşin Yenisey Allahı tanımayan bir şəxsdir, ondan nə desən gözləmək olar. Onunla bir dəfə, Əvəz Temirxan və ən yaxın dostu Seymur Baycanın iştirakı ilə diskussiyamız olub, sırtıqcasına Allahı təhqir edərək yaratdığı şeytana gücü çatmadığını bildirirdi. Yəni, demək istəyirəm ki, bu adam üçün milli, dini dəyərlər o qədər də əhəmiyyətli deyil. Əsgər ölümünə siyasi mövqeyindən asılı olmayaraq hər kəs etiraz etməlidir, çox təəssüf ki, Aqşin bəy yenə öz ampluasındadır”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir