Modern.az

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

9 Mart 2010, 19:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında martın 10-da hava şəraitinin buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Şimal-qərb küləyinin sürəti 10-15 m/s təşkil edəcək, arabir 18 m/s-dək artacaq, gündüz 15-20 m/s, arabir 23-28 m/s olacaq, günün ikinci yarısında yarımadanın bəzi yerlərində 30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
Martın 11-də hava şəraitinin buludlu olacağı, axşam və gecə bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, gecə və səhər arabir 23-28 m/s-dək güclənəcək, gündüz 10-15 m/s-dək mülayimləşəcək, günün ikinci yarısında cənub-qərb küləyinin sürəti 9-14 m/s, arabir 16-18 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Martın 12-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 15-20 m/s olacaq, arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 9-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı, çiskinli az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 7-12 m/s olacaq, arabir 18-23 m/s-dək , ayrı-ayrı yerlərdə 28-32 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti təşkil edəcək.
11-12 martda hava şəraitinin bəzi yerlərdə dumanlı keçəcəyi, yağış yağacağı, 12-də gündüz əsasən yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyinin surəti 7-12 m/s olacaq, arabir 18-23 m/s-dək, ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti, martın 12-də 14-16 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib ki, martın 10-da, 11-də gecə və səhər güclü şimal-qərb küləyinin, 11-də gündüz, 12-də güclü cənub qərb küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir