Modern.az

Parlament jurnalistləri deputat Nazim Məmmədovu necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Nazim Məmmədovu necə xarakterizə edirlər?

10 Mart 2010, 10:43

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Nazim Məmmədov barədə fikirlərini bildirirlər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz? 

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Azər Hüseynbala: “Qənaətimə görə, Nazim Məmmədov iqtisadi məsələlərlə bağlı ən fəal deputatlardandır. Həmişə büdcə ilə bağlı fakta söykənən məntiqi fikirlər səsləndirib. Bu deputatdan narazı jurnalistə isə rast gəlməmişəm”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Nazim Məmmədov Yeni Azərbaycan Partiyasının üzvüdür, amma digər həmkarlarından fərqli olaraq ona müraciət edən jurnalistlərə heç bir fərq qoymur. Onun xeyli konstruktiv açıqlamalırını eşitmişik. Xüsusilə də iqtisadi məsələlərdə mövqeyini nümyiş etdirir və hətta müyyən qurumları təndiq etməkdən çəkinmir. Qanunvericlik istiqamətində də fəallığını görmüşük. Ancaq seçicilərlə necə işləməsindən xəbərsizəm. Jurnalistlərlə normal münasibət qurur”.

 

“Xəbərlər Azərbaycan” Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “O, özünü aktiv deputat olaraq göstərməyə çalışır. Çox məsələlərdə obyektiv mövqeyi var. Baxışlarına görə partiyadaşlarından fərqlənir. Xüsusilə də iqtisadi məsələlərdə obyektiv mövqedən çıxış edir. Jurnalistlərlə də münasibətini normal hesab etmək olar. Əksər açıqlamalarında problemlərin üstünə gedir. Sahibkarların problemlərini qaldırır. Qısa desək, onun fəaliyyəti bu istiqamətə yönəlib”.

 

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Yaxşı iqtisadçıdır və iqtisadi məsələlərə çevik münasibət bildirir. Bu istiqamətdə qanunvericilik təşəbbüsü ilə də çıxışlar edir. Məncə, iqtisadi məsələlərlə bağlı şərh verməkdə maraqlı görünür və bündan məmnunluq duyur”.

 

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynli: “Hesab edirəm ki, Nazim Məmmədovun deputat seçilməsi Yeni Azərbaycan Partiyasının ən düzgün seçimlərindəndir. Təkəbbürdən uzaq, eqoizmdən kənar, sanballı bir ziyalıdır. Dövlətə, millətə Nazim Məmmədov kimi dəyərli insanlar çox lazımdır. Həm deputat, həm də iqtisadçı kimi ondan öyrənməli çox şey var”. “Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Jurnalistlərin dostudur və diqqətcil millət vəkilidır. Açıqlamalarından da görünür ki, Nazim Məmmədov çox məlumatlı adamdır. İstər Milli Məclisdəki çıxışlarında, istərsə də mətbuata açıqlamalarında özəl mövqeyi var. Onun təklifləri dövlətə, millətə xeyirlidir. Millət vəkili olaraq dünyada gedən proseslərdən də nəticə çıxardığını açıqlamalarından görmək olar. Növbəti Milli Məclisdə onu yenidən deputat görmək jurnalistlərin istəyidir”.

 

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Mən Nazim Məmmədovu ötən il tanımağa başlamışam. 2009-cu ilin əvvəlləri idi. Redaksiyadan mənə Nazim Məmmədovdan müsahibə götürmək tapşırılmışdı. Tez Milli Məclisin saytına daxil olub onun şəklinə baxdım ki, müsahibə götürəcəyim deputatı tapmaqda çətinlik çəkməym. Amma indi onu fəal, jurnalistlərə yaxın və hökumət nümayəndələrinin qüsurunu üzünə deyən deputat kimi tanıyıram”.

 

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə: “Nazim Məmmədov Milli Məclisin İqtisadi siyasət komitəsində də, plenar iclaslarda da fəallıq nümayiş etdirir. Onu da qeyd edim ki, əvvəllər o qədər fəal deyildi. Açıqlamalarından  görünür ki, həm iqtisadiyyatı, həm də Azəraycan iqtisadiyyatındakı vəziyyəti yaxşı bilir. YAP-ın yeganə deputatlarındandır ki, müəyyən dövlət qurumlarının fəaliyyətini tənqid edir. Onları sahibkararın işinə qarışmaqda günahlandırır. Jurnalistlərlə ünsiyyəti normal səviyyədədir. Qanunvericilik təşəbüsülə çıxış etsə də, ayrıca layihə hazırlamayıb”.

 

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov: “Savadlı insandır. Onun təklifləri bütövlükdə cəmiyyət tərəfindən normal qarşılanır”.

“Yeni Azəraycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Milli Məclisdə tez-tez çıxış etməsə də, mətbuatda mütəmadi olaraq görünür. Fikirlərini həm də peşəkar şəkildə ortaya qoyur. Məndə məlumat var ki, seçicilərinin problemi ilə də yaxından maraqlanır”.

 

"Ekspress" qəzetinin müxbiri Aqil Aslan: "Nazim Məmmədov Milli Məclisdə az və saz danışan deputatlardandır. Ötən ildən başlayaraq mətbuatla daha sıx işləyir. Bəlkə də bu, qarşıdan növbəti parlament seçkilərinin gəlməsi ilə əlaqədardı ki, bu qədər fəallıq göstərir. İqtisadi, sosial məsələlərlə bağlı ciddi arqumentlərə söykənən tənqidi fikirlər səsləndirir. Bəzən elə danışır ki, Pənah Hüseyndən fərqlənmir. Elə bil danışan YAP-çı yox, müxalifətçidir. Fikir vermişəm ki, Milli Məclisin foyesində yalnız ondan müsahibə alan jurnalistlərlə salamlaşır. Başqa həmkarlarımızın yanından isə düz keçir". “Lent.az” saytının əməkdaşı Pərvin Abbasov: “Nazim Məmmədov mətbuata yaxın olan deputatlardan da mətbuata yaxındır. Özü də mətbuata fərq qoymur. Maraqlı fikirlər səsləndirir. Mənə elə gəlir ki, bu deputat daim öz fikrini ifadə edir. Jurnalistlərlə normal münasibətdədir. Amma seçicilərinə kömək edib-etməməsi barədə məlumatsızam”. 

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Nazim Məmmədovla tanışlığım yoxdur. Açığı deputatlığının ilk 3 ilində mən onun nə parlament, nə də mediada fəallığını görmədim. Ancaq son illər aktivlik nümayiş etdirir. Bu isə ümumən onun barəsində müsbət təəssurat  yaradıb”.

 

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Nazim Məmmədov işini düzgün qurmayan dövlət orqanları barədə tənqidi fikirlər səsləndirən azsaylı millət vəkillərindən biridir. Mətbuata açıq insandır, jurnalistlərə fərq qoymur. Seçicilərilə işi barədə də müsbət fikirlər söyləmək olar. Parlamentdə onun kimi millət vəkilləri nə qədər çox olsa, bir o qədər yaxşı olar”. 

 

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Nazim Məmmədovun fəallığını 2009-cu ildə hiss etdik. Mətuata fərq qoymadan açıqlamalar verir. Başlıcası isə odur ki, Nazim Məmmədov fikirlərıni tam olaraq ifadə edir”.

 

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Mətbuatı izləyən adam kimi deyə bilərəm ki, son zamanlar Nazim Məmmədov iqtisayyatdan yazan jurnalistlərin əsas müsahibidr. Parlamentdə az çıxış edir edir, ancaq maraqlı faktlar deyir. Jurnalistlərlə də normal münasibəti var”.

  

“Xalq Cəbhəsi” qəzetinin müxbiri Ağa Cəfərli: “Şahidi oldugum bir hadisə Nazim Məmmədovun necə deputat olması barədə müyyən təsəvvür yarada bilər. Yadınızdadırsa, fevralın əvvəlində qar Azərbaycanı iflic etmişdi. Bakıda qəzetlər çıxmadı, işıqlar kəsildi, şəhərdaxili nəqliyyat işləmədi.  Qəzetlərin çıxmadığı gün bizim əməkdaşlardan biri hansısa məsələyə münasibət öyrənmək üçün onun iş yerinə zəng etmişdi. Aldığı cavab hamımızı təəccübləndirdi. Nazim müəllim seçicilərin problemini həll etmək üçün Gədəbəyə getmişdi. Bakının özündə harasa çıxmaq mümkün deyildi, o ki qaldı rayona gedəsən. Təkcə bu fakt onun necə deputat olması barədə müyyən təsəvvür yaradır. Ümumiyyətlə Nazim Məmmədov səmimi və müstəqil, öz fikri olan insan təsiri bağişlayır. Demək olar jurnalistlərin hamısı ilə münasibəti yaxşıdır, jurnalistlər fikir öyrənmək ümün ona müraciət edəndə, heç vaxt etiraz etmir”.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir