Modern.az

125 yaşı kişi 3 padşah, 11 prezident görüb

125 yaşı kişi 3 padşah, 11 prezident görüb

10 Mart 2010, 10:50

Türkiyənin Antaliya şəhərində yaşayan və pasportuna görə 125 yaşında olan Nuru Öztunç, həyatı boyunca 3 padşah, 11 prezident və 60 hökumət görüb. 1 İyul 1885-ci ildə dünyaya gələn Nuru Öztunç Osmanlı padşahları Sultan Abdulhəmid, Sultan Məmməd Rəşad və Sultan Məmməd Vahidettin dövrlərini görüb yaşadığını bildirir. Modern.az xəbər verir ki, Sultan Rəşad dövründə Türk pulunun daha qiymətli olduğunu bildirən Nuru Öztunç, pulsuzluq səbəbiylə çox gec evləndiyini deyir.

Çanaqqala Savaşını çox yaxşı xatırladığını deyən Öztunç, Atatürkü görmədiyini, ancaq Qurtulus Savasına qatılan yoldaşlarından Atatürklə bağlı maraqlı xatirələr dinlədiyini söyləyir.

Türkiyənin “Milliyet” qəzetinin yazdığına görə 125 yaşlı Nuru Öztunçun hazırda 8 uşağı, 150 nəvəsi və 20 nəticəsi var.

Öztunç belə uzunömürlü qalmasını cavanlığında çox çalışması və təbii qidalar qəbul etməsi ilə izah edir. 125 yaşlı qoca hazırda yalnız sağ qıçındakı ağrıdan əziyyət çəkir.  

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir