Modern.az

Ərdoğana ərəblərin “Nobel mükafatı verilib

Ərdoğana ərəblərin “Nobel mükafatı verilib

Dünya

10 Mart 2010, 11:13

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana  Səudiyyə Ərəbistanı Kralı Fondunun kral "Faysal" beynəlxalq mükafatı təqdim  olunub. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğana ərəblərin “Nobel  mükafatı”  son dövrlərdə müsəlman dünyasının maraqlarının müdafiə olunması səylərində göstərdiyi cəsarət və qətiyyətə  görə verilib.

Mükafatı Türkiyənin hökumət başçısına Səudiyyə Ərəbistanı  kral Abdullah özü şəxsən təqdim edib.

Mükafatı qəbul edən Ərdoğan bəyan edib ki, yer üzündəki bütün problemlərin əsasında ədalətsizlik və məhrumiyyətlər durur. O, İslam dünyası naminə apardığı mücadilədə Faysal Fondunun verdiyi dəstəyi yüksək qüymətləndirib. 

Bu mükafat bu vaxta qədər müxtəlif kateqroriya üzrə  6 nəfərə təqdim edilib. Ərdoğan bu mükafatı İslam dininə qulluq etmək  kateqoriyası üzrə alıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi