Modern.az

Azərbaycandan İrana axın daha da güclənib

Azərbaycandan İrana axın daha da güclənib

10 Mart 2010, 11:32

Fevralın 1-dən İrana getmək istəyən Azərbaycan vətəndaşları üçün viza rejiminin birtərəfli qaydada ləğv edilməsi Azərbaycandan cənub ölkəsinə axının güclənməsinə səbəb olub.

Bu günlərdə Astara rayonunda olan əməkdaşımız buradakı sərhəd keçid məntəqəsinin qarşısında sıxlıq müşahidə edib. Yerli sakinlər müxbirimizlə söhbət zamanı bildirblər ki, məntəqənin qarşısına hər gün İrana getmək istəyən yüzlərlə adam toplaşır. Onlar təkcə cənub bölgəsinin sakinləri deyillər, aralarında Azərbaycanın paytaxtından və digər rayonlardan olanlar da çoxdur. Gedənlərin böyük əksəriyyətini ticarətlə məşğul olanların təşkil etdiyi bildirlir. İranda ərzaq, geyim və digəır malların Azərbaycandan ucuz olması ticarətçilərin bu ölkəyə axınını gücləndirib.

Sərhəd keçid məntəqəsinin qarşısında əməkdaşımıza İrana gedənlər arasında müalicə məqsədilə səfər edənlərin də çox olduğu bildirilib. Sərhəd keçid məntəqəsindən deyiblər ki, hamı İrana eyni vaxtda keçmək istədiyindən sıxlıq yaranır, bu axına isə Astara sərhəd buraxılış məntəqəsinin texniki gücü çatmır.

Əməkdaşımızın Astara sərhəd keçid məntəqəsinin qarşısından hazırlayacağı yazını yaxın günlərdə oxuculara təqdim edəcəyik. Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün İranda vizasız qalma müddəti 15 gün müəyyən edilib, qonşu ölkədə bundan artıq müddətə qalmaq istəyən soydaşlarımız İran Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinə müraciət etməklə bu müddəti 3 aya qədər uzada bilərlər.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?