Modern.az

3 trilyon dollar – İraq savaşının xərci

3 trilyon dollar – İraq savaşının xərci

Dünya

16 Mart 2013, 16:27

2003-2011-ci illərdə İraqda ən azı 116 min dinc sakin və Qərb ölkələri koalisiyasının 4,8 min əsgəri həlak olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticəyə ABŞ səhiyyə departamentinin mütəxəssisləri gəliblər. Hesabatda deyilir ki, savaş dövründə 5 mln. iraqlı öz yurdunu tərk etmək məcburiyyətində qalıb. 2012-ci ilin yanvarınadək İraqda keçirilən hərbi əməliyyatlara təxminən 810 mlrd. Dollar vəsait xərclənib. Müharibənin ümumi xərci isə ABŞ-a 3 trilyon dollara başa gələcəkdir.

Modern.az


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi