Modern.az

Azərbaycanlı gənc alimlər sanballı elmi tədbirdə

Azərbaycanlı gənc alimlər sanballı elmi tədbirdə

Ədəbi̇yyat

18 Mart 2013, 13:31

Sankt-Peterburqda Nüvə Fizikası İnstitutu və Rusiya Milli Tədqiqat Mərkəzi Kurçatov İnstitutu tərəfindən elmi seminarda iştirak edən gənc alimlərimiz artıq bu gün vətənə qayıdıb. Qeyd edək ki, onların iştirak etdiyi  “Kondensə olunmuş hal fizikası üzrə 47-ci Qış məktəbi Sankt-Peterburq şəhərinin Zelenoqorsk vilayətinin “Gelios” otelində baş tutub. 

Müasir fizikanın geniş sahələrini əhatə edən “ qış  məktəbində”  bərk cisimlər sahəsində nadir fiziki tədqiqatlar barədə mühazirələr dinlənilib. Bundan başqa, dünyanın məşhur elmi tədqiqat mərkəzlərinə rəhbərlik edən tanınmış alimlər “Qış məktəbi”ndə fizika elminin yeni sahələri üzrə mühazirələr oxuyuraq, uyğun sahənin alimləri üçün ixtisasartırma kursu keçiblər. Həmçinin bu toplantıda ənənəvi olaraq dünya üzrə gənc fizik, bioloq, kimyaçı tədqiqatçıların elmi-tədqiqat işləri haqqında hesabat konfransı da keçirilir. Sevindirici haldır ki, bir neçə ildir ki, Azərbaycan alımləri də bu tədbirdə iştirak edir.  

Elmlər Akademiyasının mətbuat xidmətinin Modern.az-a verdiyi məlumata görə  bu məktəbdə uğurlu çıxışları ilə yadda qalan Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun gənc alimləri – Yusif Alıyev,  Hüseyn Hüseynov, Rəşad Abaszadə və Xəyalə Əliquliyeva  müxtəlif diplomlara layiq görülüblər.

Onu da qeyd edək ki, erməni alimlərinin də məktəbə təqdim etdiyi 8 məruzədən 6-sı elmi aktuallıq kəsb etmədiyi üçün geri qaytarılıb.

 

Elmin Nuri

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir