Modern.az

Yoxluğunu bilə-bilə, Təranə

Yoxluğunu bilə-bilə, Təranə

Ədəbi̇yyat

18 Mart 2013, 15:45
Cəmi 27 il ömür sürmüş mərhum jurnalist Təranə Qasımovanın (Niftalıqızının) xatirəsinə həsr olunmuş «Yoxluğunu bilə-bilə..» adlı kitab çapdan çıxıb. 

1990-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən və cəmi iki il sevib-seçdiyi sahədə işləyən Təranə Niftalıqızının vəfatının 20 illiyi ilə əlaqədar yazılmış kitabda doğmalarının, tələbə yoldaşlarının, həmkarlarının onun haqqında yazdıqları xatirələrlə yanaşı, mərhum jurnalistin bir zamanlar mətbuat səhifələrində dərs olunmuş müxtəlif səpgili yazıları da toplanıb. Kitabda, həmçinin filologiya elmləri doktoru, professor İsmayıl Öməroğlunun (Vəliyev),  Knyaz Alsanın və başqalarının şeirlərindən də istifadə olunub.

 “Yoxluğunu bilə-bilə…” adlı kitabın müəllifi mərhum jurnalistin tələbə yoldaşı, «Bakı Universiteti» qəzetinin əməkdaşı Solmaz  Babaşovadır.





Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı