Modern.az

"Telefon terroru" ilə bağlı 47 cinayət işi

"Telefon terroru" ilə bağlı 47 cinayət işi

10 Mart 2010, 16:51

Hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərə baxmayaqraq bəzi vətəndaşlar “telefon terroru” ilə məşğul olmaqdan, ayrı-ayrı idarə, müəssisə, təşkilatlara “bomba qoyulub” deyə yalan məlumat verməkdən çəkinmirlər.  Son vaxtlar belə fırıldaqçıların sayı xeyli artıb. Modern.az ötən dəmir yolu qatarlarına, vağzallara, dayanacaqlara, metro stansiyalarına, təhsil ocaqlarına “partlayıcı qurğu” qoyulması barədə ötən daxili işlər orqanlarına verilən məlumatların statistikasını öyrənib. DİN-in məlumatına görə, 2009-cu ildə belə məlumatlar üzrə başlanmış 47 cinayət işindən 12-sinin istintaqı tamamlanıb və 28 nəfər məsuliyyətə cəlb olunub. 12 cinayət işinin istintaqının isə aidiyyatı üzrə göndərildiyi, 23-nün istintaqı hazırda davam etdirilir. Qeyd edək ki, bu, ötən il daxil olan yalan məlumatların statistikası idi. Bu ilin əvvələndən bəri DİN-ə zəng vuran "telefon terrorçuları"nın sayı da az deyil.  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub