Modern.az

Xarici xüsusi xidmət orqanlarının Azərbaycanla bağlı təxribatları boşa çıxıb

Xarici xüsusi xidmət orqanlarının Azərbaycanla bağlı təxribatları boşa çıxıb

10 Mart 2010, 17:55

Ərazisinin 20 faizi işğal altında olan, düşmən ölkə ilə hərbi və informasiya müharibəsi aparan Azərbaycan Respublikası daim xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-təxribat və digər pozuculuq əməllərinə məruz qalır. Lakin Milli Təhlükəsizlik Nazirliyinin (MTN) kəşfoyyat fəaliyyətinin daha məqsədyönlü və effektiv qurulması ölkəmizə qarşə təxribat əməllərinin puça çıxması ilə nəticələnir. 2009-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsi tərəfindən ümumilikdə 103 cinayət işinin istintaqı aparılıb. Modern.az-a verilən məlumata görə, istintaqı aparılmış cinayət işlərindən 190 şəxs barəsində 39 iş (dövlətə xəyanət, casusluq, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma, kompüter informasiyasına qanunsuz daxil olma, qaçaqmalçılıq, terrorçuluq barədə bilə-bilə yalan  məlumat vermə, qanunsuz olaraq odlu silah əldə etmə, satma, saxlama, daşıma maddələri ilə) üzrə müvafiq aktlar tərtib edilərək məhkəməyə göndərilib. Ötən il Azərbaycan Respublikasına, o cümlədən Silahlı Qüvvələrə qarşı xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-təxribat və digər pozuculuq fəaliyyəti əleyhinə mübarizə işi istiqamətində keçirilmiş əks-kəşfiyyat və əməliyyat-axtarış tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 16 hərbi qulluqçu  və 9 mülki şəxs ifşa olunub. Onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Dövlətə xəyanət”, “Casusluq” və “Terrorçuluq” maddələri ilə cinayət işləri başlanıb. Onlardan 11 hərbi qulluqçu və 6 mülki şəxs məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. 4 hərbi qulluqçu və 2 mülki şəxs barəsində “Dövlətə xəyanət” maddəsi ilə başlanmış cinayət işinin istintaqının davam etdirildiyi bildirilir.

Modern.az  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər