Modern.az

İsrail İranı hədələdi

İsrail İranı hədələdi

10 Mart 2010, 18:12

İsrail İranı müharibə ilə hədələdi. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin BMT-dəki səfiri Qabriela Şalevin sözlərinə görə, İran yaxın vaxtlarda ABŞ və İsrailin hədəfinə çevrilə bilər. Ekspertlər hesab edir ki, bu, İrana nüvə proqramını dayandırıması üçün verilmiş son xəbərdarlıqdır. Xarici jurnalistərlə söhbətində israilli diplomat qeyd edib ki, İrana verilmiş müddət başa çatmaq üzrədir və biri digərindən ağır olan 2 seçim qalır: ya Tehrana nüvə silahı yaratmaq üçün imkan verəcəklər, ya da ki İranın nüvə obyektləri hücuma məruz  qalacaq. İsrailin “Kursor” qəzetinin yazdığına görə, diplomat əlavə edib ki, sanksiyalar və diplomatik  addımlar hələlik kömək edə bilər, lakin İsrail kəşfiyyatı İran reaktorlarındakı vəziyyətin inkişafını diqqətlə izləyir. “İranın nüvə proqramı sona çatmaq üzrədir. Biz qeyd etmək istəyirik ki, İran təkcə bizə deyil, həm də bütün dünyaya təhlükədir”,-deyə diplomat bildirib. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir