Modern.az

Sovet dövrü tariximizə dair arxiv materialları əsasında yeni nəşrlər hazırlanır

Sovet dövrü tariximizə dair arxiv materialları əsasında yeni nəşrlər hazırlanır

Ölkə

11 Mart 2010, 09:43

2009-cu ildə 80 minədək iş sənədi dövlət mühafizəsinə saxlamaya qəbul edilib. Modern.az xəbər verir ki, Milli Arxuv İdarəsinin məlimatına görə, tanınmış elm xadimlərinə mənsub 17500 sənəd arxiv fonduna qəbul edilib. Dəyərli arxiv sənədlərinin bərpası, cildlənməsi üçün mühum işlər görülüb: 93 min vərəq sənəd bərpa olunub, 77 min iş cildlənib, 100 mindən çox iş qutulanıb. 415 minədək kağız əsaslı işlər və 60 mindən artıq kino, foto və fono sənədləri xüsüsi ekspertizadan keçirilib, 72 min işin siyahısı yenidən tərtib olunub.     

Arxiv sənədlərindən daha geniş və smərəli istifadə olunması məqsədi ilə bir neçə istiqamətdə tədbirlər həyata keçirilib, Milli Arxiv İdarəsinin saytı yaradılıb. İdarənin məlumatına görə, bir neçə sənət külliyatı üzərində iş yekunlaşmaq üzrədir. “Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin iqtisadi siyasəti. 1918-1920-ci illər”, “Azərbaycan Xalq Cümhuriyyəti, Maarif və Mədəniyyət. 1918-1920-ci illər”, “Azərbaycanlıların Ermənistandan deportasiyası. 1948-1953-cü illər”, “Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Sovetin iclas protokolları. 1920-1922-ci illər”, “Sinfi mübarizə tarixindən. 1920-1937-ci illər” kimi aktual mövzularda nəşrə hazırlanan həmin sənədlər məcmüəsi tariximizin sovet dövründə saxtalaşdırılmış bir çox probleminin tədqiqində əvəzedilməz  mənbə olacaq.

Ötən ilin sonlarında çap olunmuş “Molla Nəsrəddin jurnalının nəşri tarixindən” adlı sənədlər külliyatının elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığı bildirilir. Ötən il 300 nəfərdən çox Azərbaycan və xarici ölkə tədqiqatçı 40 minədək arxiv işini araşdırıb. Milli Arxiv İdarəsinin məlumatına görə, dövlət arxivləri sənədlərinin tərkibi və qısa məzmunu haqqında ingilis dilində məlumat-soraq kitabçası nəşr olunmaq üçün hazırlanıb. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır