Modern.az

“Milan” və “Real” Çempionlar Liqasından kənarda qaldı

“Milan” və “Real” Çempionlar Liqasından kənarda qaldı

11 Mart 2010, 09:52

UEFA Çempionlar Liqasının1/8 final mərhələsinin cavab görüşündə sürpriz nəticə qeydə alınıb. Avropanın ən titullu klublarından olan Madridin "Real" klubu doğma azarkeşlər önündə Fransanın “Lion" klubu ilə bacara bilməyərək mübarizəni yarıda dayandırmalı olub. Öz meydanında “Real”a qalib gələn (1:0)  “Lion” səfərdə 1:1 hesablı sərfəli nəticə ilə 1/4 finala adlayıb.

Doğma azarkeşlər önündə “Milan”ın qapısından 4 cavabsız top keçirən “Mançester Yunayted” də UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb. 1/8 finalın İtaliyada keçirilmiş ilk matçında da ingilislər üstün olmuşdular – 3:2.


 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub