Modern.az

Məşhur rusiyalı oliqarxın həbs xəbəri yayıldı və…

Məşhur rusiyalı oliqarxın həbs xəbəri yayıldı və…

25 Mart 2013, 19:40

məlumat təkzib olundu…

Rusiyanın RBK TV kanalı rusiyalı oliqarx Roman Abramoviçin martın 25-də ABŞ Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs edildiyi barədə xəbər yayıb. Xəbərdə iddia edilirdi ki, R.Abramoviçin həbsi ya oliqarx Boris Berezovskinin müəmmalı ölümü, ya da onun özünün biznesi ilə bağlı ola bilər.

Qısa zamanda internet mediasında bomba kimi partlayan bu xəbər bir qədər sonra təkib olunub.

Modern.az “lenta.ru”ya istinadən xəbər verir ki, Roman Abramoviçin mətbuat katibi Con Man mediaya açıqlamasında oliqarxın hazırda ABŞ-da olduğunu təsdiqləyərək, həbs iddialarını cəfəngiyyat adlandırıb.

ABŞ Federal Təhlükəsizlik Xidmətinin ofisi də xəbəri təsdiqləməyib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?