Modern.az

BMT-nin 200 əməkdaşı tutulub, 30 əməkdaşı qaçırılıb

BMT-nin 200 əməkdaşı tutulub, 30 əməkdaşı qaçırılıb

Dünya

25 Mart 2013, 20:07

BMT baş katibi Pan Gi Mun tutulmuş və itkin düşmüş BMT əməkdaşlari ilə beynəlxalq həmrəylik günü münasibəti ilə müraciət edib. Modern.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, 25 mart 1985-ci ildə Alek Kollet Birləşmiş Millətlər Təşkilatının Fələstin qaçqınlarına yardım və işlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin (YİQYŞA) tapşırığını yerinə yetirərkən Livanda silahlı insanlar tərəfindən qaçırılıb. 2009-cu ildə onun meyiti tapılıb və şəxsiyyəti müyyənləşdirilənədək 24 ildən çox müddət ərzində Alekin həyat yoldaşı və ailəsi onun üçün dualar edər və sağ görəcəklərinə ümid bəsləyirdilər.

“Hər ilin bu günü biz Alek Kolletin və Təşkilata xidmət göstərərkən digər itkin düşmüş, tutulmuş və hətta öldürülmüş həmkarlarımızın xatirəsini yad edirik. Birləşmiş Millətlər Təşkilatının ümid, təhlükəsizlik və daha yaxşı həyat rəmzini daşıyan bayrağı bir çox yerlərdə hədəfə çevrilmişdir. Bu səbəbdən Birləşmiş Millətlər Təşkilatının əməkdaşları üçün vəzifə borclarını yerinə yetirmək hər zaman təhlükəli olmuşdur”-deyə müraciətdə vurğulanıb.  

İlkin hesabatlara görə, 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının 200-ə yaxın əməkdaşı yerli dövlət orqanları tərəfindən tutulub və 30-a yaxın əməkdaş qeyri-dövlət adamları tərəfindən qaçırılıb; bu qaçırılma hallarından 15-i siyasi xarakter daşıyır və girov götürmə ilə nəticələnib. Bu əməkdaşların hamısı azad edilib.

Birləşmiş Millətlər Təşkilatının Əməkdaşlarının Təhlükəsizliyi haqqında Konvensiya qüvvəyə mindikdən 14 il sonra üzv-ölkələrinin yarısından azı tərəfindən ratifikasiya edilib və üzv-ölkələrin 80 faizindən çoxu Birləşmiş Millətlər Təşkilatının humanitar, siyasi və inkişaf naminə yardımla məşğul olan işçi heyətinin müdafiəsini özündə əks etdirən 2005-ci ilin Protokolunu təsdiqləməyiblər. Həbs olunmuş, tutulmuş və itkin düşmüş əməkdaşların əksəriyyəti məhkəmə ekspertizasının keçirilməsi hüququndan məhrum olublar.

“Mən lehinə imza atmamış üzv-ölkələri Konvensiyanı və ona əlavə olunmuş Fakultativ Protokolu təsdiqləməyə çağırıram. İşçi heyətinin təhlükəsizliyinin təminatı ən mühüm məsələlərdən biridir.

Gəlin bü gündən başlayaraq hər gün Birləşmiş Millətlər Təşkilatının digərlərinə kömək edərək bir çox şeyləri riskə atan həmkarlarının şücaət və fədəkarlığını təqdir edək. Bu nəcib məqsədlərə onların azadlıqları və həyatları bahasına çatmamalıyıq”-deyə Pan Gi Mun bəyan edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir