Modern.az

Elmar Məmmədyarov: "ABŞ Konqresi birtərəfli qətnamə qəbul edib"

Elmar Məmmədyarov: "ABŞ Konqresi birtərəfli qətnamə qəbul edib"

Təhsil

11 Mart 2010, 13:22

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı" ilə bağlı qəbul edilən qərara münasibət bildirib. Jurnalistlərə açıqlamasənda nazir belə deyib:
"ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı" ilə bağlı qəbul edilən qərar Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərə bilər".
Bu qərarı düzgün hesab etməyən nazir qeyd edib ki, Konqres eyni məntiqlə 20 il bundan əvvəl baş verən Xocalı soyqırımına da münasibət bildirməlidir.
"Hansısa Konqres üzvəri 100 il bundan əvvəl olan məsələni müzakirə edirlərsə, 20 il bundan əvvəl baş verən Xocalı hadisəsinə də qiymət verməlidirlər. Bu kimi qərarlar Azərbaycanla Ermənistan arasında sülh və stabilliyə gətirib çıxara bilməz",- deyə E. Məmmədyarov qeyd edib.

Xarici işlər nazirinin sözlərinə görə, Konqres birtərəfli qətnamə qəbul edib: "Çünki hazırda Ermənistan Azərbaycanın 20 faizini işğal edib və Azərbaycanın 1 milyondan çox qaçqını var. Bu, regionda təhlükəsizliyə ən böyük zərbədir. Ona görə də Konqresdə Cənubi Qafqazda sülh və stabillik məsələləri müzakirə olunursa, təkcə tarix yox, indiki vəziyyət də nəzərə alınmalıdır".

Xarici işlər naziri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün planlaşdırılması ilə bağlı suala cavabında isə bildirib ki, yaxın vaxtlarda İlham Əliyev və Serj Sarkisyanın görüşü gözlənilmir. 
E.Məmmədyarov onu da bildirib ki, bu il Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv oluna bilər. Nazir deyib ki, bununla bağlı sazişin hazırlanmasında bəzi bürokratik problemlər var, onlar aradan qaldırılandan sonra, saziş imzalanacaq:

«Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv olunması üzərində iş davam edir. Güman edirik ki, iki ölkə arasında viza rejiminin ləğv olunması ilə bağlı sənədin bu il imzalanacağı nəzərdə tutulub».


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir